Elimin balaca qəhrəman oğlu
Oxu öz dilini, dilinə qurban
Babalar irsidir, elimizə, bizə
Qoru öz elini, elinə qurban
Ruhumu oxşayır isti nəfəsin
Alıram səsindən kor oğlu səsin
Yaz ana dilində el səfhəsin
Olum o xırdaca əlinə qurban
Heyranam o qara gözünə sənin
Ehsaslı, fikirli sözünə sənin
Deyirəm bu sözü üzünə sənin
O çatma qaşına, telinə sənin